Noyabrın 5-i saat 12:00-a olana faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 5-i saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında və Kəlbəcərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şəki, Şamaxı, Tovuzda 20 m/s, Goranboyda 19 m/s, Naftalan, Daşkəsən, Balakəndə 18 m/s, Tərtərdə 16 m/s, Zaqatalada 15 m/s təşkil edir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 9, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.