• 16 Aprel 2025
logo
Ölkədə doğuş sayı sayı azalıb

Ölkədə doğuş sayı sayı azalıb

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşmüşdür.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,8 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,2 faiz olub. Körpələrdən 570-i əkiz, 33-ü üçəm doğulub.