• 5 May 2025
logo
Səhiyyə Nazirliyində “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb

Səhiyyə Nazirliyində “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb

2025/2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq.

Trend xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazir qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb.

Onun sözlərinə görə, Konsepsiyanın Tədbirlər planına uyğun olaraq 2025/2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq.