Azərbaycanda səfərdə olan Nobel mükafatı laureatı, professor Əziz Sancar Şuşaya gedib.
Bu barədə onunla birgə Şuşaya səfər edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Tvitter”də paylaşım edib.
Səfir Şuşanın yayının ayrı, qışının ayrı gözəl olduğunu yazıb: “Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür”.