• 31 Avqust 2026
logo
Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Bakının Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Baymedia.az-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, məhdudiyyətlərin səbəbi magistral su kəmərində qəzanın baş verməsidir.

Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.