• 31 Avqust 2026
logo
Quba və Qusara qar yağdı

Quba və Qusara qar yağdı

Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Baymedia.az xəbər verir ki, yağıntı dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə qeydə alınıb.

Qubanın Xınalıq kəndinin sakinləri bildirib ki, bu, mövsümünün ilk qarıdır.

Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.