• 30 Avqust 2026
logo
“Türkiyə bursları” təqaüd proqramına qəbul elan olunub

“Türkiyə bursları” təqaüd proqramına qəbul elan olunub

Türkiyə Respublikası tərəfindən 2024-2025-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramına qəbul elan olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Baymedia.az-a bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

Proqrama sənəd qəbulu fevralın 20-dək davam edəcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.