• 29 Avqust 2026
logo
İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) nümayəndələri Nafiz Ünlü və Ayhan Güzelyurt Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Bu barədə Baymedia.az-a universitetdən məlumat verilib.

Rektor Vilayət Vəliyev AzTU və İTU arasında uzunmüddətli əməkdaşlığı qeyd edərək birgə tədris və tədqiqat layihələrinin, xüsusilə sənayeyönümlü təlim proqramlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

İTU-da həyata keçirilən təlim proqramları barədə ətraflı məlumat verən qonaqlar bu proqramların universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə xidmət etdiyini bildiriblər.

Görüşdə universitetlərdə sənayeyönümlü birgə təlim proqramlarının, habelə müxtəlif sənaye sahələri üçün konsaltinq xidmətlərinin təşkili məsələləri müzakirə olunub.