• 28 Avqust 2026
logo
Od çərşənbəsində növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Od çərşənbəsində növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Baymedia.az-a verilən məlumata görə, Xırdalan şəhərindəki “Neptun” hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa dəvət edir.

Aksiya martın 5-də saat 14-də Xırdalan - Binəqədi şosesindəki (Respublika Dövlət Yol Polisi idarəsinin yanı) “Neptun” hipermarketinin qarşısında keçiriləcək.