• 19 May 2024
logo
Japarov Rusiyaya gedir, parada qatılacaq

Japarov Rusiyaya gedir, parada qatılacaq

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyaya səfər edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

Onun sözlərinə görə, Qırğızıstan prezidenti mayın 8-də Avrasiya İqtisadi İttifaqının sammitində, mayın 9-da isə Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək.