• 21 May 2024
logo
Türkiyədə yeni TOY platforması açılır

Türkiyədə yeni TOY platforması açılır

Türkiyədə yazar və şair Uğur Turqutun rəhbərliyi ilə yayımlanan “Börü Budun” jurnalı türk milliyətçiləri üçün TOY adlı yeni platformu təqdim etməyə hazırlaşır.

Baymedia.az xəbər verir ki, platforma türk millətçilərinin öz düşüncələrini ifadə edə bilmələri üçün nəzərdə tutulub. Burada türk dünyasının ümumi maraqlarına xidmət üçün öz sahəsində aparıcı alimlərin, incəsənət adamlarının iştirakı ilə tarixi və aktual mövzularla bağlı müzakirələrin, seminarların və s. keçirilməsi planlaşdırılır.

Platformanın açılışı 12 mayda Türk Ocaqlarının İstanbul şöbəsində həyata keçiriləcək. “Əsir Türk Yurdu Şərqi Türküstan” başlığı ilə keçiriləcək tədbirdə prof. Cezmi Bayram, türkoloq Rauf Köse, “Uyghurhaber.com” xəbər portalının redaktoru Həmid Göytürk, jurnalist Ərdəm Avşar və digərləri qatılacaq.

Tədbirdə uyğur sənətçilər konsert proqramı ilə çıxış edəcək.