• 20 May 2024
logo
Türkiyə ordusu daha 17 terrorçunu məhv etdi

Türkiyə ordusu daha 17 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, İraqın şimalındakı Hakurk, Qara və “Pəncə-Kilid” əməliyyat bölgələrində PKK terror təşkilatının 10 üzvü öldürülüb.

Həmçinin, Suriyanın şimalındakı “Zeytun budağı” və “Sülh çeşməsi” bölgələrində PKK/YPG terror təşkilatının 7 üzvü zərərsizləşdirilib.