• 19 Sentyabr 2026
logo
ABŞ-ın Türkiyə ilə bağlı şok planı: Yeni dövlət qurur

ABŞ-ın Türkiyə ilə bağlı şok planı: Yeni dövlət qurur

Dünyanın Qəzza və Ukrayna ilə məşğul olduğu bir vaxtda ABŞ sərhədimizdə “Kiçik İsrail”in təməlini qoyur.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Abdulqadir Selvi yazıb.

“PKK iyunun 11-də Afrin və Tel Rıfat da daxil olmaqla, Menbiçdən başlayaraq sərhədlərimizdə başa çatan bölgədə yerli seçkilər keçirəcək. PKK-nın nəzarətində keçiriləcək seçkidə PKK-nın yaratdığı “seçki qurumunun” təsdiqlədiyi adlar namizəd ola bilər. Seçkidə yalnız PKK-nın silahlı birləşmələrində xidmət edən terrorçular səs verə biləcək”, - yazar bildirib.

Onun sözlərinə görə, PKK-nın himayədarı olan ABŞ-ın Yaxın Şərq üzrə mütəxəssisi Brett Makqrek iki mərhələli plan hazırlayıb:

“Bu planın birinci mərhələsində PKK üçün muxtar qurum yaradacaqlar. İkinci mərhələdə PKK dövləti qurulacaq. İlk addımda Suriyanı parçalayacaqlar. İkinci addımda növbə Türkiyəyə çatacaq”.