• 19 Sentyabr 2026
logo
Şimali Kiprdə hərbi maşın aşıb, 1 əsgər ölüb, 11-i yaralanıb

Şimali Kiprdə hərbi maşın aşıb, 1 əsgər ölüb, 11-i yaralanıb

Şimali Kipr Türk Respublikasında hərbi maşın aşıb, 1 əsgər həlak olub, 11-i yaralanıb.

Baymedia.az Türkiyənin “Star” nəşrinə istinadən xəbər verir ki, qəza Şimali Kipr Türk Respublikasının Güzelyurt şəhərində baş verib.
Akçay-Güzelyurt istiqamətində hərəkət edən hərbi maşın eyni istiqamətdə hərəkət edən avtomobilə çırpılaraq yoldan çıxaraq aşıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.