• 19 Sentyabr 2026
logo
Kərəm Aktürkoğlunun yeni klubu

Kərəm Aktürkoğlunun yeni klubu

Türkiyəli futbolçu Kərəm Aktürkoğlu Portuqaliyanın "Benfika" klubuna transfer olunub.

Baymedia.az xəbər verir ki, bununla bağlı Portuqaliya klubu sosial media hesabında məlumat paylaşıb.

Bildirilib ki, Aktürkoğlu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Bu transfer "Benfika"ya 11 milyon avroya başa gəlib.

Qeyd edək ki, futbolçu 2021-ci ildə "Erzincanspor"dan "Qalatasaray"a transfer olunub. O, "sarı-qırmızılar"la 179 dəfə meydana çıxıb. Bu oyunlarda 46 qol vurub, 42 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.