İki güney azərbaycanlı sənətçi aşıq Əsgər Muradyani (Aşıq Vənyarlı) və fotoqrafçı, dizayner, musiqiçi Fərşid Əmənullahi koronavirusdan vəfat edib.
Qeyd edək ki, Aşıq Əsgər Vənyarlı 1969-cu ildə anadan olub.
O, Güney Azərbaycanın məşhur sənətçisi Aşıq Əbdüləli Nurinin yetirmələrindən sayılırdı. ustad sənətkar 30 il aşıq sənəti ilə məşğul olmuşdu.
Fərşid Əmənullahi isə 1990-cı ildə anadan olub.
O bir sıra incəsənət sahələrində, o cümlədən musiqi, fotoqraf, dizayn və teatr sahəsində fəaliyyət göstərib.
Gunaz.tv