• 9 Oktyabr 2026
logo
Tanınmış güneyli şair Məhəmməd Rza Məlikpur vəfat edib

Tanınmış güneyli şair Məhəmməd Rza Məlikpur vəfat edib

Tanınmış güneyli şair, ədəbiyyatçı və türk dili tədqiqatçısı Məhəmməd Rza Məlikpur (Nazir Şərəfxaneyi) dünyasını dəyişib.
1938-ci ildə Urmu gölünün sahilində yerləşən Şərəfxana limanında anadan olan şairin “Yeralma” adlı ilk şeiri o vaxtkı “Azərabadeqan” qəzetində dərc olunub.
Nazir Şərəfxaneyi türk, fars və ərəb dillərini araşdırıcısı olub, bu dillərdə müxtəlif əsərlər yazıb. O, güneyli ədəbiyyatçılar və mədəniyyətsevərlər arasında daha çox “Urmu dəryaçəsi” adlı poeması ilə tanınıb.
“Ulduzlu dəniz”, “Şehli səhər”, “Mahnılı çay”, “Ürək çırpıntısı”, “Son istəklər”, “Hekayələr”, “Satiralar”, “Yeni qəzəllər” və “Nazir Şərəfxaneyinin türkcə divanı” onun çox saylı əsərlərindən bir neçəsidir.
Məhəmməd Rza Məlikpur Urmu gölünün qırağında yerləşən və doğma yurdu olan Şərəfxana limanında dəfn olunmasını vəsiyyət edib.
Gunaz.tv