Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed ilə görüşüb.
Bu barədə nazir “Twitter” hesabında məlumat paylaşıb.
Türkiyəli nazir BƏƏ-li həmkarı ilə ikitərəfli münasibətlər və regional hadisələri, həmçinin, Ukraynadakı vəziyyəti müzakirə edib.