• 20 Sentyabr 2026
logo
Türkiyədə hava şarı qəzaya uğradı: ölənlər var

Türkiyədə hava şarı qəzaya uğradı: ölənlər var

Türkiyənin Kappadokiya bölgəsində hava şarı sərt eniş edib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində hava şarında olan 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Ölən və yaralananların hamısı İspaniya vətəndaşlarıdır.
Yaralılar Nevşehir xəstəxanasına yerləşdirilib.