• 20 Sentyabr 2026
logo
Türkiyə şəhidinin qisasını aldı

Türkiyə şəhidinin qisasını aldı

Türkiyə ordusu İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, terrorçular “Pəncə-Kilid” əməliyyat bölgəsinə hücum edərkən məhv edilib.
Qeyd edək ki, bu gün “Pəncə-Kilid” əməliyyat bölgəsində yaralanan çavuş Faim Bozqurd şəhid olub.