• 20 Sentyabr 2026
logo
Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir

Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
İclasda sabah, noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.