• 20 Sentyabr 2026
logo
Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqda şəhid olub.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Dekabrın 5-də “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK terrorçuları tərəfindən döşənmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan komando baş leytenantı Tunahan Yavuz bu gün xəstəxanada şəhid olub”, - məlumatda qeyd edilib.