• 20 Sentyabr 2026
logo
Soylu FHN-in səhra hospitalına gəldi

Soylu FHN-in səhra hospitalına gəldi - Video

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalına gəlib.

Baymedia.az-ın Report-a istinadən xəbərinə görə, nazir hospitalda yaradılmış şəraitlə tanış olub.

FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov Süleyman Soyluya şəraitlə bağlı məlumat verib.

Süleyman Soylu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tibb personalına təşəkkür edib.