• 20 Sentyabr 2026
logo
Xoyda polis zabiti öldürüldü

Xoyda polis zabiti öldürüldü

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin Zərabad bölgəsində polis zabiti Həmidrza Hacı Hüseynli öldürülüb.

Baymedia.az xəbər verir ki, hadisə fevralın 12-dən 13-ə keçən gecə baş verib.

Qərbi Azərbaycan əyalətinin polis rəisi Rəhim Cahanbəxş zabitin silahlı oğrularla atışma zamanı qətlə yetirildiyini bildirib.

Qatilin saxlanıldığını deyən polis rəisi onun kimliyi barədə açıqlama verməyib.