• 20 Sentyabr 2026
logo
İstanbuldakı terrorun təşkilatçısı zərərsizləşdirildi

İstanbuldakı terrorun təşkilatçısı zərərsizləşdirildi

Ötən ilin noyabrında İstanbulda törədilən terror aktının təşkilatçısı Xəlil Menc Suriyada zərərsizləşdirilib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MKİ) məlumat yayıb.
Qeyd edək ki, ötən il noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən terror aktı nəticəsində 6 nəfər həlak olmuş, 81 nəfər yaralanmışdı.