• 20 Sentyabr 2026
logo
Təbrizdə gediş haqqı bir ayda ikinci dəfə qalxdı

Təbrizdə gediş haqqı bir ayda ikinci dəfə qalxdı

Təbrizdə son iki həftə ərzində avtobus və taksilərdə gediş haqqı ikinci dəfə (50%) artıb.
Baymedia.az xəbər verir ki, bu barədə Təbriz bələdiyyəsinin ictimai nəqliyyat bölməsinin başçısı Əbdülrəhim Qasidi açıqlama yayıb.
Bundan bir neçə gün öncə Təbrizin ictimai nəqliyyatında gediş haqlarının 40% artdığı barədə məlumat verilmişdi.
Şəhər Şurası məsələyə yenidən baxaraq, gediş haqlarının 50%-a qədər artırılmasını təklif etdikdən sonra qərarın icrası həyata keçirilib.