Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı Türkiyə-İran münasibətləri və İsrailin Əqsa məscidinə hücumları da daxil olmaqla, regional proseslər müzakirə edilib.