• 20 Sentyabr 2026
logo
Türkiyə ilə Ermənistan sərhədində son vəziyyət

Türkiyə ilə Ermənistan sərhədində son vəziyyət

Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsində infrastrukturun qaydaya salınması üzərində iş gedir və yaxın vaxtlarda başa çatdırılacaq.
Baymedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.
"Ümid edirik ki, Türkiyə tərəfi də sözünün üstündə duracaq. Proses dayanmayıb və nümayəndə heyəti ilə əlaqə saxlayıram", - Rubinyan bildirib.
Hələlik yeni görüşlə bağlı razılığın olmadığını deyən Rubinyan bunu razılaşmanın mövcudluğu və onun həyata keçirilməsinin zəruriliyi ilə izah edib.