• 20 Sentyabr 2026
logo
İstanbulda əməliyyat: 9 terrorçu ələ keçdi

İstanbulda əməliyyat: 9 terrorçu ələ keçdi

İstanbulda PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatda təşkilatın Suriya qolu PYD/YPG sıralarında olan 9 terrorçu yaxalanıb.
Baymedia.az xəbər verir ki, əməliyyatlar İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbəsi və TEM qrupları (terrorla mübarizə - red.) tərəfindən həyata keçirilib.
Əməliyyatlar zamanı rəqəmsal materiallar və müxtəlif ölçülü 72 güllə ələ keçirilib.