Hoşap qalası orta əsrlərə aid olub Türkiyənin Van şəhərinə təxminən 50–60 km aralı məsafədə Van-Başqala yolu üzərindədir. Sıldırım bir yamac üzərində yerləşir. Türkiyə-İran arasındakı yol üzərindən olmasından dolayı qədimdə strateji əhəmiyyəti vardı. Qala eyni adı daşıyan Hoşap suyunun sıldırım qayalıqları üzərində yüksəlir. Məna olaraq yaxşı və ya şirin su deməkdir. Rəsmi adı isə Gözəlsudur. Bildirilir ki, qala Mahmudi Süleyman adlı şəxs tərəfindən 1643-cü ildə tikdirilib.
Qalanın qərbə baxan girişi və özünəməxsus qapısı olduğu kimi günümüzə çatıb. Qapının üzərində tikintisi ilə bağlı kitabə və aslan şəkilləri yerləşir. Qala daxilindəki köhnə hamam, məscid, mədrəsə, zindan və otaqlarda keçmişin izlərini görmək mümkündür.
Hoşapın məlum olan tarixi Urartulara qədər gedir. Bu dövrdə Hoşap qalasının cənub- şərqə açılan Tuşba-Kelişin ordu yolu ilə, Van-Kotur şərq yolunun kəsişdiyi qovşaq nöqtəsində hərbi bir müəssisə olaraq qurulduğu qəbul edilir.
Urartulardan sonra Van və ətrafı ilə birlikdə Hoşap, İsgəndər, Selevkos, Roma və Bizans hakimiyyətində qalıb. Orta əsrlərdə Vaspurakan Krallığı şəhərləri arasında yer alıb, XI əsrdən başlayaraq Türklərin hakimiyyətinə girib.
Əli
Van, Türkiyə