• 19 Sentyabr 2026
logo
Fidan Lavrovla Qəzzanı müzakirə etdi

Fidan Lavrovla Qəzzanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Söhbət zamanı Fələstin və İsrail kontekstində baş verən son hadisələr müzakirə edilib”, - məlumatda bildirilib.