Bu məsələdə məsuliyyət daşıyan birinci şəxs İsrail Baş naziri Benyamin Netanyahudur.
Baymedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İsrail çox səhv addım atdı. Bunu etməklə əslində öz gələcəyini qaraltdı deyə bilərəm. Bu, təkcə İsraili deyil, İsraildən kənardakı uzantılarını da narahat edən bir vəziyyətdir. Ona görə də, geri addım ataraq və bu işə son qoymaq lazımdır. Təbii ki, bu işin bir nömrəli cavabdehi İsrailin Baş naziri Netanyahunun özüdür. Bu an etibarilə İsraildə Netanyahu əleyhinə çıxışlar başlayıb. Dünya siyasəti də onu mühakimə edir. Ən önəmlisi isə Qəzzada təcili atəşkəs tələbi ilə BMT-də keçirilən səsvermədə 121 ölkənin İsrail və onun ətrafına qarşı çıxmasıdır. 45 ölkə səsvermədə bitərəf qaldı, 14-ü isə İsrailin tərəfinə keçdi. Amerikanı bir kənara qoysaq, İsrailin yanında heç kim yoxdur”, - Ərdoğan qeyd edib.