Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) PKK-nın rəhbər şəxslərindən birini zərərsizləşdirib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, MİT PKK-nın sözdə məsul şəxslərindən biri sayılan “Cəsur Vədat” kod adlı Əbdülmütalib Doğrucunu zərərsizləşdirib.
Doğrucunun Türkiyədə PKK-nın narkotik ticarətini təşkil etdiyi müəyyən edilib.