Yaponiya xarici işlər naziri Kamikava Yokonun Türkiyəyə səfərinin tarixi açıqlanıb.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Səfərin iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlı olduğu və yapon nazirin sabah Türkiyədə olacağı bildirilib.
O, səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək.