Özbəkistan Prezidenti Şövkət Mirziyayev yanvarın 23-dən 25-dək Çində səfərdə olacaq.
Baymedia.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfərin təfərrüatı barədə məlumat verilməyib.
Xatırladaq ki, Çin Özbəkistanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 44,9 faiz artaraq 14 milyard dollara çatıb.