• 4 İyul 2025
logo
Pakistanda COVID-19-a gündəlik yoluxma ötən ilin sentyabrından pik həddə çatıb

Pakistanda COVID-19-a gündəlik yoluxma ötən ilin sentyabrından pik həddə çatıb

Pakistanda 2021-ci ilin sentyabr ayından bəri koronavirusa (COVID-19) gündəlik ən yüksək yoluxma halı qeydə alıb.
Pakistanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, son sutka ərzində Pakistanda 4 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Bu, keçən ilin sentyabr ayından bəri ən yüksək göstəricidir.
Son 24 saat ərzində ölkədə 4 286 nəfər koronavirusa yoluxub. Bununla da, 2020-ci ilin mart ayından bu yana yoluxma sayı 1,13 milyonu keçib.
Ötən gün 4 nəfər koronavirusdan vəfat edib. Beləliklə, ümumi ölüm sayı 29 003-ə çatıb.