• 18 Oktyabr 2024
logo
Azərbaycan bu il 23 ölkəyə 17,5 mln. tondan artıq neft ixrac edib

Azərbaycan bu il 23 ölkəyə 17,5 mln. tondan artıq neft ixrac edib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 4 164 017,95 min ABŞ dolları dəyərində 6 575 258,94 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 464 048,63 min dollar dəyərində 2 372 438,38 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Çexiya tutur. Cari ilin yanvar-sentyabr aylarında bu ölkəyə 790 037,03 min dollar 1 246 961,29 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Siyahıdan göründüyü kimi, hesabat dövründə 23 ölkəyə 11 008 329,94 min dollarlıq 17 608 860,22 ton neft ixrac edilib.