• 22 Oktyabr 2024
logo
Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"APA-Economics" xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,44% azalaraq 2,24 ABŞ dolları təşkil edib.