• 13 Sentyabr 2024
logo
Neftçalada yol qəzası: 4 nəfər xəsarət aldı

Neftçalada yol qəzası: 4 nəfər xəsarət aldı

Neftçala rayonunda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

Baymedia.az xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, avtomobillərin toqquşması nəticəsində Neftçala rayon sakinləri, 1959-cu il təvəllüdlü Məhluqə Əbil qızı İsayeva, 1962 ci il təvəllüdlü İradə Həsənbala qızı İbrahimova, 1988-ci il təvəllüdlü Fərrux Ölməz oğlu Lalayev və Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Gülxəndə Həsənbala qızı Axundova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.