• 18 Sentyabr 2024
logo
Bu yolu əvvəl 1 saata gedirdik, indi 21 dəqiqəyə...

Bu yolu əvvəl 1 saata gedirdik, indi 21 dəqiqəyə...

Bakı-Sumqayıt marşrutu üçün nəzərdə tutulmuş yeni “Neoplan” avtobusları iki şəhər arasında gediş-gəlişi xeyli asanlaşdırıb.

Baymedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkələrdə yazıblar.

Bildirirlər ki, avtobuslar üçün ayrılan zolaqla hərəkət edən Bakı-Sumqayıt avtobusu “Avtovağzal” metrostansiyasına cəmi 21 dəqiqəyə çatıb, əvvəl isə bu rəqəm 1 saata yaxın olurdu.

Bakı Bus MMC-nin mətbuat katibi Əsmər Əliyeva xəbəri təsdiq edib:

“Artıq Sumqayıtdan Bakıya 25-30 dəqiqəyə çatmaq mümkündür. Əvvəl 45 dəqiqəyə çatmaq mümkün idi. Zolaq şəbəkəsi genişləndirildikcə zaman daha da azaldı. Ekspress avtobusların Bakıdan Sumqayıta, eləcə də əks istiqamətdə 6 dayanacağı var: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” metrostansiyası, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı Evlər Yaşayış Kompleksi və Sumqayıt avtovağzalı. Eyni qayda ilə də Bakıya hərəkət edir”.

Ə.Əliyeva qiymətlərin dəyişmədiyini, hazırda da 80 qəpik təşkil etdiyini bildirib.

Qeyd edək ki, son illər Bakıdan Sumqayıta və əks istiqamətə hərəkət həddən artıq çətinləşmişdi. Aidiyyəti qurumlar bu istiqamət üzrə insanların rahat şəkildə ünvana çatması üçün müxtəlif tədbirlər görürlər ki, onlardan biri də Bakı-Sumqayıt sürət qatarıdır.