"Təcili Tibbi Yardım maşınlarının avtobus zolaqlarına daxil olması ilə bağlı Daxili İşlər Nazirliyi və Dövlət Yol polisi ilə razılaşmalar əldə etmişik".
APA xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Amma təcili yardım maşınlarının bu zolaqlara girməsinə vətəndaşlar yol verməlidirlər", - deyə o qeyd edib.