Bakı sakininin 60 min dolları dələduzluqla ələ keçirilib.
APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Pollis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.