Rusiya səhər saatlarından etibarən Xerson vilayətinə zərbələr endirib.
APA-nın “unian“a istinadən xəbərinə görə, bu barədə Administrasiya rəhbəri Aleksandr Prokudin məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9-u isə yaralanıb.
Administrasiya rəhbəri əlavə edib ki, hədəfdə yaşayış məntəqələri, eləcə də sosial və kritik infrastruktur obyektləri olub. Hazırda vilayətin bütün rayonlarında partlayış səsləri eşidilir.