• 13 Sentyabr 2024
logo
Deputatlığa namizəd Səbinə Salmanova Şəhidlər xiyabanını ziyarət edib

Deputatlığa namizəd Səbinə Salmanova Şəhidlər xiyabanını ziyarət edib

45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd olan Səbinə Salmanova, onun bir neçə vəkilləri, xeyli seçiciləri bu gün dairədə keçirilən başqa görüşlərlə yanaşı həm də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanına da getdilər. Burada uyuyan, Vətənimizin müdafiəsi uğrunda qurban getmiş, Sumqayıtın yetirməsi olan igid insanların məzarlarını ziyarət etdilər. Bu məzarlıqda yatanlar arasında Səbinə xanımın da yaxından tanıdığı, onunla bir məktəbdə oxuyan, tez-tez üz-üzə gəldiyi insanlar da var.

Bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusi ilə gələcəkdə deputat kimi fəaliyyət göstərəcək şəxslərin həm də şəhidlərimiz qarşısında müqəddəs bir borcu da var. Şəhidlər bizim torpaqlarımızın hər bir qarışını, xüsusi ilə boya başa çatdıqları məkanları bizə əmanət qoyub getmişlər. Hər bir deputat öz fəaliyyəti ilə bağlı həm öz seçicilərinin, həm də şəhidlərin qarşısında mənəvi bir məsuliyyət daşıyır. Səbinə xanımı da buraya gətirən bu məsuliyyət, şəhidlərimizə ehtiram hissi idi.

Səbinə xanım və onunla birlikdə Şəhidlər xiyabanına gələnlər şəhidlərimizin məzarları üctünə gül dəstələri qoydular, onların ruhlarına dualar oxudular.