• 13 Sentyabr 2024
logo
Birinci xanımlar və qızları Daşkənddə sərgi ilə tanış oldu

Birinci xanımlar və qızları Daşkənddə sərgi ilə tanış oldu

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyayeva və qızı Saida Mirziyayeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub və Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.

Baymedia.az xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb.