• 18 Sentyabr 2024
logo
Fələstinli futbolçu və ailəsi Qəzzada öldürüldü

Fələstinli futbolçu və ailəsi Qəzzada öldürüldü

Fələstinli futbolçu Həmdi Lubbad Qəzza zolağında öldürülüb.

Baymedia.az xəbər verir ki, idmançı mənzilində olarkən İsrailin raket atəşi nəticəsində həyatını itirib.

Hadisə zamanı futbolçunun həyat yoldaşı və 4 qızı da dünyasını dəyişib.

Qeyd edək ki, H.Lubbad sonuncu dəfə Küveytin “Əl-Yarmuk” klubunda çıxış edib.