• 27 Aprel 2024
logo
Ərdoğanın müavini öldü

Ərdoğanın müavini öldü

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) araşdırma, inkişaf və təhsil məsələləri üzrə sədr müavini Osman Qaraaslan vəfat edib.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş X-də yazıb.

O, mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, O.Qaraaslan uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. O, müalicə aldığı xəstəxanada vəfat edib.