• 19 Sentyabr 2024
logo
Türkiyədə FETÖ əməliyyatı: 39 nəfər saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı: 39 nəfər saxlanıldı

Türkiyənin 17 bölgəsində FETÖ-ya qarşı həyata keçirilən “Qısqaç-17” əməliyyatı çərçivəsində 39 şübhəli saxlanılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

Məlumata görə əməliyyat FETÖ-nün hərbi, təhlükəsizlik və maliyyə strukturlarını aşkarlamağa yönəlib.

Təşkilatın “ByLock” tətbiqinin istifadəçisi olduğu müəyyən edilən şəxslər çoxlu sayda rəqəmsal materialla birlikdə ələ keçirilib.