• 13 Sentyabr 2024
logo
Rusiyada musiqiçiləri daşıyan təyyarə qəzaya düşdü

Rusiyada musiqiçiləri daşıyan təyyarə qəzaya düşdü

Rusiyada musiqiçiləri daşıyan An-2 təyyarəsi Yakutiyada meşəyə sərt eniş edib. Təyyarə düz ağacların üstünə enib.

Baymedia.az xəbər verir ki, məlumatı "Baza" Teleqram kanalı yayıb.

Bildirilir ki, təyyarənin göyərtəsində 3 ekipaj üzvü və “Monaco Jam” qrupunun 8 üzvü olub. An-2 mühərrikində nasazlıq səbəbindən Ust-Mayski bölgəsində sərt eniş edib. Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Musiqiçilər qızıl mədənçiləri üçün korporativ tədbirdən qayıdırmış.