• 8 Aprel 2026
logo
Tacikistan səfirliyi Bakıda Novruz bayramına həsr olunan tədbir keçirib

Tacikistan səfirliyi Bakıda Novruz bayramına həsr olunan tədbir keçirib

Bu gün Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Fairmont Baku” otelində Beynəlxalq Novruz bayramına həsr olunmuş “Chakan Fashion Show” - əsrləri aşan ənənə uçuşu” adlı mədəni tədbir keçirilib.

İstedadlı tacik dizaynerləri Xurşed Sattorov, Vays Asoyev və Sulxiya Qulomova Tacikistanı təmsil edərək tacik milli mədəniyyətinin yüksək sənətkarlığını və bədii irsini əks etdirən “Çakan”, “Nuri Bədəxşon” və “Xorasan nəğməsi” adlı kolleksiyalarını nümayiş etdiriblər.

Tədbirdə qonaqlar üçün qədim tacik ənənələrinə uyğun bayram süfrəsi hazırlanmışdı: yeddi növ yemək və şirniyyat – “ҳaft sin” (“S” hərfi ilə başlayan 7 element) və “ҳaft shin” (“Ş” hərfi ilə başlayan 7 element). Həmçinin istedadlı tacik artistləri – Cahongir Zaripov və Tacikistanın məşhur müğənnisi, şeşməqam ifaçısı Xurşed İbrohimzoda tərəfindən təqdim olunan mahnı və melodiyalar Azərbaycan tamaşaçıları tərəfindən böyük maraqla qarşılanlb.

Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovanın gözəl ifası, Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (xoreoqraf Vüsalə Babayeva) və “Xəzər” Universitetinin rəqs qrupu (xoreoqraf Xanım Kərimzadə) tərəfindən təqdim olunan tacik rəqsləri iştirakçılarda böyük sevinc və coşğu yaratmışdır.
Tacikistan Respublikasının səfiri öz təbrik nitqində vurğulamışdır ki, Beynəlxalq Novruz bayramı xalqın zəngin mənəvi və mədəni irsi olmaqla yanaşı, dost xalqları – tacikləri, azərbaycanlılari və qonşu ölkələrin digər xalqlarını birləşdirir. Novruz baharın başlanğıcını, təbiətin dirçəlişini simvolizə edir, xalqlar arasında dostluq, yaradıcı əməkdaşlıq və həmrəylik ruhunu təşviq edir.

Mədəni tədbirdə diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatları təmsil edən qonaqlar, ölkə rəsmiləri, müxtəlif nazirlik və idarələrin nümayəndələri, Milli Məclisin deputatları, mədəniyyət xadimləri, həmvətənlərimiz və Azərbaycan universitetlərində təhsil alan tacik tələbələr iştirak ediblər.